Son 24 saat ərzində husilər Ədən körfəzində iki ticarət gəmisinə raket hücumu edib. BUTA.TV xəbər verir ki, bu barədə ABŞ SQ-nin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Məlumata görə, hücum zamanı Liberiya bayrağı altında üzən İsveçrəyə məxsus konteyner və Almaniyaya məxsus yük gəmisi zədələnib. Hər iki gəmidə heyət üzvləri xəsarət almayıb.