AZ

Husilər iki gəmiyə ziyan vurub

Husilər

Yəmənin Ənsar Allah hərəkatının (husilər) üsyançıları son 24 saat ərzində Ədən körfəzində iki gəmiyə ziyan vurub. Bu barədə bazar günü ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

"Son 24 saat ərzində İranın dəstəklədiyi husilər Yəmənin nəzarət olunan ərazilərindən Ədən körfəzinə doğru iki gəmi əleyhinə ballistik raket atıblar. Bir ballistik raket Liberiya bayrağı altında üzən "Tavvishi" konteyner gəmisinə dəyib". İkinci raket koalisiya qüvvələri tərəfindən vurulub.

“Bundan əlavə, İranın dəstəklədiyi husilər gəmi əleyhinə qanadlı və ballistik raketlər atıb, hər ikisi Norderney motor gəmisini vurub”, - komandanlıq aydınlıq gətirib.

Cavid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
11
xalqcebhesi.az

10Mənbələr