AZ

Joao Feliks: “Mənim planım aydındır, “Barselona”nı sevirəm”

“Barselona”da icarədə olan, Madrid “Atletiko”sunun və Portuqaliya millisinin üzvü Joao Feliks Kataloniya klubundakı gələcəyindən danışıb.

Arena.az Feliksin bu barədə fikirlərini təqdim edir:

“Mən icarədəyəm, bu, məndən asılı deyil. Planım aydındır, mən “Barselona”nı sevirəm və qalmaq istəyirəm. Bu, bir neçə amildən asılıdır. Ona görə də bundan sonra nə olacağını görəcəyik”, deyə Feliks bildirib.

Xatırladaq ki, Joao Feliks “Barselona”ya 2023-cü ilin sentyabr ayında cəlb olunub. O, 2023/2024 mövsümünün sonuna kimi kataloniyalıların xidmətində olacaq. Müqavilə müddəti 2024-cü ilin iyun ayının sonuna qədər razılaşdırılıb. Transfer hüquqlarının məxsus olduğu “Atletiko” ilə isə Feliksin 2027-ci ilin iyun ayının sonuna qədər müqaviləsi var.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Feliks “Barselona”nın heyətində uğurla çıxış edib. O, Kataloniya təmsilçisində bütövlükdə 44 oyun keçirib, 10 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Joao Feliks “Portu”nun yetirməsidir. O, 2015-ci ildə “Benfika”ya üz tutub. Sol cinah vingeri peşəkar karyerasına da məhz bu komandada başlayıb. 2019-cu ildə Madrid “Atletiko”su 127,2 milyon avro ödəməklə Feliksi öz heyətinə qatıb.

Portuqal futbolçu “Atletiko”nun heyətində ümumilikdə 131 oyun keçirib, 34 qol vurub, 18 məhsuldar ötürmə verib.

Feliks 2022/2023 mövsümündə də İngiltərənin “Çelsi” klubunda icarədə olub. O, London təmsilçisinin heyətində 20 oyuna 4 qol vurub.

Joao Feliks 2019-cu ilin iyun ayında debüt etdiyi Portuqaliya yığmasında 38 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib və UEFA Millətlər Liqasını (2019) qazanıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı Joao Feliksi 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
2
arena.az

3Mənbələr