AZ

Joao Feliks: “Qızıl top”u almaq üçün bütün keyfiyyətlərə sahibəm”

Madrid “Atletiko”sunun “Barselona”da icarə əsasında çıxış edən portuqal hücumçusu Joao Feliks “Qızıl top”u qazana biləcəyinə inanır.

Arena.az Feliksin bu barədə fikirlərini təqdim edir:

“Hər bir oyunçu “Qızıl top”u qazanmaq arzusundadır. Düşünürəm ki, bu mükafatı qazanmaq üçün məndə lazımi keyfiyyətlər var. Amma əlbəttə ki, mənim hələ də təkmilləşdirməli olduğum cəhətlərim var. Çox şey baş verməlidir. Mənim 24 yaşım var. Çox çalışmaq və inamlı olmaq gərəkdir”, deyə Feliks vurğulayıb.

Xatırladaq ki, Joao Feliks “Barselona”ya 2023-cü ilin sentyabr ayında cəlb olunub. O, 2023/2024 mövsümünün sonuna kimi kataloniyalıların xidmətində olacaq. Müqavilə müddəti 2024-cü ilin iyun ayının sonuna qədər razılaşdırılıb. Transfer hüquqlarının məxsus olduğu “Atletiko” ilə isə Feliksin 2027-ci ilin iyun ayının sonuna qədər müqaviləsi var.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Feliks “Barselona”nın heyətində uğurla çıxış edib. O, Kataloniya təmsilçisində bütövlükdə 44 oyun keçirib, 10 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Joao Feliks “Portu”nun yetirməsidir. O, 2015-ci ildə “Benfika”ya üz tutub. Sol cinah vingeri peşəkar karyerasına da məhz bu komandada başlayıb. 2019-cu ildə Madrid “Atletiko”su 127,2 milyon avro ödəməklə Feliksi öz heyətinə qatıb.

Portuqal futbolçu “Atletiko”nun heyətində ümumilikdə 131 oyun keçirib, 34 qol vurub, 18 məhsuldar ötürmə verib.

Feliks 2022/2023 mövsümündə də İngiltərənin “Çelsi” klubunda icarədə olub. O, London təmsilçisinin heyətində 20 oyuna 4 qol vurub.

Joao Feliks 2019-cu ilin iyun ayında debüt etdiyi Portuqaliya yığmasında 38 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib və UEFA Millətlər Liqasını (2019) qazanıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı Joao Feliksi 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
2
arena.az

3Mənbələr