AZ

Joao Feliks Ronaldo-Messi seçimini etdi, Ronaldinyonu…

“Barselona”nın və Portuqaliya yığmasının hücumçusu Joao Feliks kimi futbol tarixinin ən yaxşı futbolçusu hesab etməsindən danışıb.

Arena.az Feliksin bu barədə fikrini təqdim edir:

“Futbol tarixinin ən yaxşı oyunçusu? Ronaldinyo”, deyə Feliks qətiyyətlə vurğulayıb.

“Barselona”da icarə əsasında çıxış edən, müqavilə ilə Madird “Atletiko”suna məxsus olan Feliks, iki əfsanəvi futbolçu – Portuqaliya millisindəki komanda yoldaşı Kristiano Ronaldo, yoxsa Kataloniya təmsilçisinin əfsanəsi, argentinalı hücumçu Lionel Messi arasında da seçimini edib:

“Mən Messini bir nömrə seçməyəcəyəm. Əks halda Ronaldo azarkeşləri əsəbiləşəcək”, deyə portuqal futbolçu bildirib.

Xatırladaq ki, Joao Feliks “Barselona”ya 2023-cü ilin sentyabr ayında cəlb olunub. O, 2023/2024 mövsümünün sonuna kimi kataloniyalıların xidmətində olacaq. Müqavilə müddəti 2024-cü ilin iyun ayının sonuna qədər razılaşdırılıb. Transfer hüquqlarının məxsus olduğu “Atletiko” ilə isə Feliksin 2027-ci ilin iyun ayının sonuna qədər müqaviləsi var.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Feliks “Barselona”nın heyətində uğurla çıxış edib. O, Kataloniya təmsilçisində bütövlükdə 44 oyun keçirib, 10 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Joao Feliks “Portu”nun yetirməsidir. O, 2015-ci ildə “Benfika”ya üz tutub. Sol cinah vingeri peşəkar karyerasına da məhz bu komandada başlayıb. 2019-cu ildə Madrid “Atletiko”su 127,2 milyon avro ödəməklə Feliksi öz heyətinə qatıb.

Portuqal futbolçu “Atletiko”nun heyətində ümumilikdə 131 oyun keçirib, 34 qol vurub, 18 məhsuldar ötürmə verib.

Feliks 2022/2023 mövsümündə də İngiltərənin “Çelsi” klubunda icarədə olub. O, London təmsilçisinin heyətində 20 oyuna 4 qol vurub.

Joao Feliks 2019-cu ilin iyun ayında debüt etdiyi Portuqaliya yığmasında 38 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib və UEFA Millətlər Liqasını (2019) qazanıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı Joao Feliksi 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
2
arena.az

3Mənbələr