AZ

Şəki- Zaqatala RTİ-də sertifikasiyaya cəlb olunacaq müəllimlərin SAYI

Şimal-qərb bölgəsi üzrə 1820 müəllim sertifikasiyaya cəlb olunacaq.
 
 
Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
 
 
İdarədən bildirilib ki, 755 İngilis dili, 711 Riyaziyyat, 157 Rus dili, 82 Rus dili və ədəbiyyat,  32 İbtidai sinif, 24 Alman dili, 24 Azərbaycan dili və ədəbiyyat, 20 Azərbaycan dili  və 15 Fransız dili üzrə təhsilverənlər 2024-cü ildə sertifikasiyaya cəlb olunacaqlar.
 
 
 
Qeyd edək ki, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.
İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun  tarixində keçiriləcək.
Seçilən
66
3
azedu.az

10Mənbələr