AZ

Şimal-qərb bölgəsi üzrə 1820 müəllim sertifikasiyaya cəlb olunacaq

Şəki, 4 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 2024-cü ildə 1820 müəllim sertifikasiyaya cəlb olunacaq.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, cari ildə təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis, rus, alman, fransız dilləri, Azərbaycan dili (rus bölməsi) və sair) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər. İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi iyunun 21-i, 22-si və 24-də, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə iyunun 8-də keçiriləcək.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
3
azertag.az

10Mənbələr