AZ

Maşın ikiyə bölündü: Ölənlər var

Lənkəranda qəzada ölənlərin sayı 2 nəfərə çatıb.

APA-nın xəbərinə görə, həkimlərin səylərinə baxmayaraq, qəza nəticəsində ağır xəsarət alan 2014-cü il təvəllüdlü Akif Mahmudov komadan çıxmayıb.

Ətraflı
Ad - 00:11
Akif Mahmudovun meyiti artıq ailəsinə təhvil verilib.

***

saat 18.05

Lənkəranda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, xəsarət alanlar “Tayota Prado”-nun sürücüsü Bakı şəhər Xəzər rayonun Binə qəsəbə sakini 1982-ci il təvəllüdlü Məmməd Rəcəbov, “Mercedes”-in sürücüsü Lənkəran rayonunun Haftoni kənd sakini 1981-ci il təvəllüdlü Mühəndis Rzayev, eləcə də hər iki nəqliyyat vasitəsində sərnişin qismində olan Lənkəran rayon sakini 1967-ci il təvəllüdlü Məlahət Mahmudova, 2014-cü il təvəllüdlü Akif Mahmudov, Lerik rayonunun Bırkandul kənd sakini 1998-ci il təvəllüdlü Alqayıt Əliyev, Bakı şəhər Binə qəsəbə sakini 2008-ci il təvəllüdlü Eldar Rəcəbli, 2013-cü il təvəllüdlü Hüseyn Rəcəblidir.

Yaralılardan 10 yaşlı Akif Mahmudov və 57 yaşlı Məlahət Mahmudovanın vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər. Akif Mahmudovun hələ də komada olduğu bildirilir.

 

Seçilən
104
1
oxu24.com

10Mənbələr