AZ

Romada dəbdəbəli zərgərlik mağazası qarət edilib

Romada dəbdəbəli zərgərlik mağazası qarət edilib

İtaliyanın paytaxtı Romada dəbdəbəli zinət əşyaları, aksessuarlar və saatlar satan məşhur brendin mağazasında gecə saatlarında təxminən 500 min avro dəyərində oğurluq hadisəsi baş verib.İtaliya mətbuatında yayılan xəbərlərə görə, ötən gecə Romanın mərkəzindəki Kondotti küçəsində yerləşən mağazada böyük oğurluq hadisəsi baş verib.Oğrular anbar bölməsinin döşəməsindəki kanalizasiya şəbəkəsinə qoşulmuş boşluqdan mağazaya daxil olaraq ümumilikdə 500 min avro dəyərində olan qızıl-zinət əşyaları, aksessuarlar və saatları aparıblar.Gecə yarısı işə salınan siqnalizasiya sistemi sayəsində oğurluq fərq edildikdən sonra hadisə yerinə çoxlu polis əməkdaşları gəlib.Oğruların şəxsiyyətinin müəyyən edilməsi üçün ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilir.

Seçilən
139
40
afn.az

10Mənbələr