AZ

Romada "Bulgari" mağazasından yarım milyon avroluq qarət

Müəllif:Ayşən İmanova/Banco.az

Oğrular İtaliyanın paytaxtı Romada "Via dei Condotti" küçəsindəki "Bulgari" mağazasını qarət ediblər.

Banco.az xəbər verir ki, hadisə barədə yerli “Il Messaggero” qəzeti məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər hər biri təxminən 30 min avro dəyərində qızıl-zinət əşyaları oğurlayıb və nəticədə mağazaya ümumilikdə 500 min avroya yaxın ziyan dəyib.

Bildirilir ki, oğrular gecəyarısı xidmət otaqlarından birinin döşəməsindəki dəlikdən mağazaya daxil olublar. Dəstə beş nəfərdən ibarət olub, onların hamısı maska və əlcəkdə olub.

Xəbərdarlıq siqnalı çaldıqdan sonra hadisə yerinə polis gəlib, lakin mağazanın qapıları bağlı olub. Müstəntiqlər mağazanın daxilindəki müşahidə kameralarından, eləcə də qonşu mağazaların kameralarından və şəhərin videomüşahidə sistemindən görüntülər əldə ediblər. Hazırda faktla bağlı araşdırma aparılır.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
banco.az

10Mənbələr