AZ

Ələt-Astara magistralında iki avtomobil toqquşub, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB-2

Bu gün saat 12:40 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu Boladi kəndindən keçən hissəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (kişi cinsli), 1 nəfər (qadın cinsli), 1 nəfər (uşaq) "qapalı kəllə-beyin travmasl, çənə sümüyünün sınığı, sol kürək sümüyünün sınığı, alnın sıyrılmış yarası, üz nayihəsinin sıyrıntıs, sol əlin küt travması, dəqiqləşdirilməmiş koma" diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, azyaşlı və 1 nəfər (qadın cinsli) vəziyyətinə olaraq Reanimasiya şöbəsinə yerləşdirilib, digərlərinin müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı təsdiqlənib.

***

saat 14.06

Lənkəranda qəzada ölənlərin sayı iki nəfərə çatıb.

APA-nın xəbərinə görə, qəza nəticəsində xəsarət alan 6 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilib.

Həkimlər qəza nəticəsində ağır xəsarət alan 9 yaşlı uşağın həyatını xilas edə bilməyiblər.

***

saat 13.05

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosunun xəbərinə görə, hadisə Ələt-Astara magistralının 152-ci km-də olub.

“Toyota Prado” və “Mercedes” markalı minik avtomobilləri toqquşub, “Toyota Prado” aşıb.

Qəza nəticəsində 1 nəfər ölüb, yaralananlar var.

Ələt-Astara Ələt-Astara Ələt-Astara
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
3
apa.az

10Mənbələr