AZ

Tovuzda Kürdə batan avtomobildəki 3 nəfərdən 1-nin meyiti tapılıb

Tovuzda bir neçə gün bundan əvvəl avtomobil ilə birlikdə Kürdə batan 3 nəfərdən birinin meyti tapılıb. SİA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli xilasetmə xidmətinin əməkdaşlarının apardıqları axtarışlar nəticəsində meyitin biri Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərizəsindən keçən hissəsində aşkarlanıb.

Meyit şişərək suyun üzərinə çıxıb.

Meyiti tapılan şəxsin kimliyi dəqiqləşdirilir.

Qeyd edək ki, iyunun 3-də Tovuz rayonun Hunanlar kəndi ərazisində içərisində 3 nəfər olan avtomobilin Kür çayına düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
21
sia.az

10Mənbələr