AZ

Kürdə batan avtomobildəki üç nəfərdən birinin meyiti tapıldı

Tovuzda bir neçə gün bundan əvvəl avtomobil ilə birlikdə Kürdə batan üç nəfərdən birinin meyiti tapılıb.

Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli xilasetmə xidmətinin əməkdaşlarının apardıqları axtarışlar nəticəsində meyitin biri Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərizəsindən keçən hissəsində aşkarlanıb.

Meyit şişərək suyun üzərinə çıxıb. Həmin şəxsin kimliyi dəqiqləşdirilir.

Qeyd edək ki, iyunun 3-də Tovuz rayonun Hunanlar kəndi ərazisində içərisində üç nəfər olan VAZ-2107 markalı minik avtomobili Kür çayına düşüb. Avtomobildə sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov olub.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
21
bizim.media

10Mənbələr