AZ

Kürdə batan 3 nəfərdən birinin meyiti tapıldı

Tovuzda bir neçə gün bundan əvvəl avtomobil ilə birlikdə Kürdə batan 3 nəfərdən birinin meyti tapılıb.
BUTA.TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının apardıqları axtarışlar nəticəsində meyitin biri Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərizəsindən keçən hissəsində aşkarlanıb. Meyit şişərək suyun üzərinə çıxıb. Meyiti tapılan şəxsin kimliyi dəqiqləşdirilir.

Qeyd edək ki, iyunun 3-də Tovuz rayonun Hunanlar kəndi ərazisində içərisində 3 nəfər olan VAZ 2107 markalı minik avtomobili Kür çayına düşüb. Avtomobildə sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
21
buta.tv

10Mənbələr