AZ

Azərbaycanda xidmət rəisini döydülər

Azərbaycanda xidmət rəisini döydülər

Qusarda xəstəxananın mühafizəçisi döyülüb.

"Report"un Şimal bürosunun məlumatına görə, Qusar Rayon Mərkəzi Xəstəxanasının mühafizə xidmətinin rəisi, 1991-ci il təvəllüdlü Ruslan Kübərov iş vaxtı naməlum şəxslərin hücumuna məruz qalıb.

Yerli sakinlərin sözlərinə görə, R.Kübərov özünə məxsus kafedə müştərilərlə mübahisə edib. Mübahisə daha sonra xəstəxanada da davam edib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Kübərov Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Anjela Zalova "Report"un yerli bürosunun sorğusuna açıqlamasında faktı təsdiqləyib, yaralının xəstəxana şəraitində müalicə aldığını bildirib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
18
sonxeber.az

10Mənbələr