AZ

Xəstəxananın mühafizəçisi döyüldü

Qusarda xəstəxananın mühafizəçisi döyülüb.

 

Qusar rayon Mərkəzi Xəstəxanasının mühafizə xidmətinin rəisi, 1991-ci il təvəllüdlü Ruslan Kübərov iş vaxtı naməlum şəxslərin hücumuna məruz qalıb.

 

Yerli sakinlərin sözlərinə görə, R.Kübərov özünə məxsus kafedə müştərilərlə mübahisə edib. Mübahisə sonra xəstəxanada davam edib.

 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Kübərov Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Xəstəxananın ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Anjela Zalova Report-a açıqlamasında faktı təsdiqləyib, yaralının xəstəxana şəraitində mualicə aldığını bildirib.

 

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Tarix: 9 İyun 2024, 01:38   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
18
pravda.az

10Mənbələr