AZ

Qusar Rayon Mərkəzi Xəstəxanasının mühafizə xidmətinin rəisi döyülüb

Qusar rayon Mərkəzi Xəstəxanasının mühafizə xidmətinin rəisi, 1991-ci il təvəllüdlü Ruslan Kübərov iş vaxtı naməlum şəxslərin hücumuna məruz qalıb.

 

“Report” yerli sakinlərə istinadən bildirir ki, R.Kübərov özünə məxsus kafedə müştərilərlə mübahisə edib. Mübahisə sonra xəstəxanada davam edib.

 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Kübərov Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Xəstəxananın ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Anjela Zalova sayta açıqlamasında faktı təsdiqləyib, yaralının xəstəxana şəraitində müalicə aldığını bildirib.

 

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
18
senzor.az

10Mənbələr