Amerika Birləşmiş Ştatlar qoşunlarını Nigerdən çıxarmağa başlayıb.Elchi.az xəbər verir ki, bu barədə Nigerin Quru Qoşunlarının qərargah rəisi, polkovnik Mamane Sani Kiau məlumat verib.Onun sözlərinə görə, ABŞ-ın 269 hərbi qulluqçu və 946 ton hərbi texnikası ölkədən çıxarılıb.Kontingent cari ilin sentyabrın 15-dək Nigerdən çıxmalıdır.ABŞ və Niger hərbi idarələrinin birgə bəyanatında isə deyilir ki, Amerika Hərbi Hava Qüvvələrinə məxsus “C-17 Globemaster III” təyyarəsi 7 iyunda Niamey 101 aviabazasından yola düşüb.Bundan başqa Amerika hərbçilərinin kiçik bir kontingenti 101 və 201-ci hava bazalarında qalan qüvvələrin və hərbi silah-sursatların effektiv şəkildə çıxarılmasını təmin etmək üçün maddi-texniki dəstək vermək üçün Nigerə gəlib.Xatırladaq ki, mart ayında Niger ölkənin şimalında ABŞ-yə məxsus PUA bazasının yaradılmasını ehtiva edən hərbi müqaviləni ləğv edib. Niger müqavilənin zorla yerildildiyi və xalqın maraqlarına cavab vermədiyinə işarə edib. 2023-cü ilin sonunda Nigerdə təxminən 1 100 ABŞ hərbi qulluqçusu olub, onların əksəriyyəti Aqades yaxınlığındakı hava qüvvələri bazasında olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta