AZ

ABŞ qoşunlarını Nigerdən çıxarmağa başlayıb

Amerika Birləşmiş Ştatlar qoşunlarını Nigerdən çıxarmağa başlayıb.

Bu barədə Nigerin Quru Qoşunlarının qərargah rəisi, polkovnik Mamane Sani Kiau məlumat verib.

Onun sözlərinə görə, ABŞ-ın 269 hərbi qulluqçu və 946 ton hərbi texnikası ölkədən çıxarılıb.

Kontingent cari ilin sentyabrın 15-dək Nigerdən çıxmalıdır.

ABŞ və Niger hərbi idarələrinin birgə bəyanatında isə deyilir ki, Amerika Hərbi Hava Qüvvələrinə məxsus \"C-17 Globemaster III” təyyarəsi 7 iyunda Niamey 101 aviabazasından yola düşüb.

Bundan başqa Amerika hərbçilərinin kiçik bir kontingenti 101 və 201-ci hava bazalarında qalan qüvvələrin və hərbi silah-sursatların effektiv şəkildə çıxarılmasını təmin etmək üçün maddi-texniki dəstək vermək üçün Nigerə gəlib.

Xatırladaq ki, mart ayında Niger ölkənin şimalında ABŞ-yə məxsus PUA bazasının yaradılmasını ehtiva edən hərbi müqaviləni ləğv edib. Niger müqavilənin zorla yerildildiyi və xalqın maraqlarına cavab vermədiyinə işarə edib. 2023-cü ilin sonunda Nigerdə təxminən 1 100 ABŞ hərbi qulluqçusu olub, onların əksəriyyəti Aqades yaxınlığındakı hava qüvvələri bazasında olub./report

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
10
azxeber.com

10Mənbələr