AZ

Hakan Fidan: Qəzzada qətliam törədənlər bir gün hesab verəcəklər

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən D-8 Xarici İşlər Nazirləri Şurasının açılışında çıxış edib.

Publika.az xəbər verir ki, Qəzza gündəmi ilə İstanbulda keçirilən toplantının açılışında söz alan Hakan Fidan İsrailin müharibəni qızışdırmaq cəhdləri qarşısında bölgədəki insanların təhlükə altında yaşamağa davam etdiklərini bildirib:

“Misir sərhədində baş verən hazırkı hadisələr, Livanın hədəfə alınması və İranın Suriyadakı konsulluğuna hücumlar bütün bunlar regional yayılma effektinin nəticəsidir. D-8 İsrail hücumuna qarşı həmrəyliyimiz üçün başqa bir platformadır. Bu onu göstərir ki, bölgədəki qardaşlarımızın yanındayıq. Misiri Qəzzaya humanitar yardımın göstərilməsindəki inanılmaz roluna görə təbrik edir və yüksək qiymətləndiririk. İsrail beynəlxalq hüquqa ziddi olaraq bir-birinin ardınca cinayət törədir. Qəzzada bu vəziyyət insanlıq üçün utancvericidir. Qəzzanın yanında olmaq, istibdad və zülmə qarşı durmaq bizim borcumuzdur".

"Biz işğala, ilhaqa, qanunsuz məskunlaşmalara qarşı durmalı, insan ləyaqətini uca tutmalıyıq" deyən nazir D-8 ölkələri olaraq Fələstinin yanında və arxasında olduqlarını da əlavə edib: "Bugünkü görüşümüz bu tarixləri təkrarlamaq üçün bir fürsətdir. Biz hər nöqtədə əməkdaşlığımızı bəyan edərək Fələstin xalqının hüquqlarını təmin etmək üçün çalışırıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
50
publika.az

10Mənbələr