AZ

Fələstin hər cür siyasi, iqtisadi və hüquqi dəstəyə layiqdir - Hakan Fidan

Bakı.TurkicWorld :

Fələstin hər cür siyasi, iqtisadi və hüquqi dəstəyə layiqdir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən D-8 Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında çıxışında deyib.

"Bir dövlət olaraq Fələstin hər cür siyasi, iqtisadi və hüquqi dəstəyə layiqdir. Bu çərçivədə fəaliyyətimiz davamlı, fasiləsiz humanitar yardımların Qəzzaya çatdırılması və təcili atəşkəsin əldə edilməsi istiqamətində olacaq", - o deyib.

Bundan başqa, Türkiyə XİN rəhbəri Qəzza zolağındakı münaqişənin yalnız atəşkəslə həll oluna biləcəyini deyib.

"Ədalətli və davamlı həll yalnız daimi atəşkəslə əldə ediləcək. Bu, isə diplomatiya və uzlaşma yolu ilə mümkündür", - deyə Fidan əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
50
turkic.world

10Mənbələr