AZ

Hakan Fidan: "Türkiyə və D-8 İsrailə təzyiqlərini davam etdirəcək"

İsrail Qəzzada ard-arda cinayətlər törədir. Qəzzada qətliamı törədənlər cəzasını çəkəcək.

Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən D-8 Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə və D-8 İsrailə qarşı təzyiqlərini davam etdirəcək.

Nazirin sözlərinə görə, Fələstinin BMT-yə tam üzv olması da qaçınılmaz reallıqdır.

H. Fidan, həmçinin, dünya ölkələrini Qəzzada atəşkəsə dəstək olmağa çağırıb.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
cebheinfo.az

10Mənbələr