AZ

Paşinyan "velosiped hərəkatı" yaradır: şortikdə camaat içinə çıxdı, yollara düşdü – VİDEO

 

Ermənistanın baş naziri Nikol Paşinyan yeni imiclə ortaya çıxıb.

Musavat.com xəbər verir ki, o, son günlərdə müntəzəm olaraq velosiped sürür. Erməni baş nazir bu yürüşün hər birinin videosunu çəkir və paylaşır. Eyni zamanda “velosiped hərəkatı” yaratmaq təşəbbüsü göstərir.

Erməni baş nazir sonunda qələbə işarəsi göstərdiyi belə bir paylaşım edib: “İlk velosiped yürüşümüz baş tutdu. Qoşulmaq istəyirsinizsə, nikolpashinyan@gmail.com ünvanına adınızı və telefon nömrənizi yazın. Ünvanda digər qaydaları bu mövzuda əvvəlki yazıda qeyd etmişdim. Velosiped həyatdır, velosiped nikbinlikdir, velosiped çətinlikləri və kədəri dəf etmək gücüdür. Yaşasın velosiped".

Onun paylaşımlarını və Ermənistan mediasında gedən materialları gördükdə anlamaq olur ki, bu hərəkat baş tutub.

Ölkəsində Baqrat Qalstanyanın başlatdığı hərəkata etinasızlığı və həyatın davam etməsini simvollayan bu proses Ermənistan ictimaiyyəti tərəfindən də təqdirlə qarşılanır.

Musavat.com həmin velo-hərəkatın görüntülərini təqdim edir.

 

Cavanşir ABBASLI

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
19
musavat.com

10Mənbələr