AZ

“Guya İrəvan sülh imzalamağa hazırdır, rəsmi Bakı məsələni ləngidir“- Elxan Şahinoğlu

"Ermənistan Xarici İşlər Nazirliyi Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün məqamın yetişdıyini bu şəkildə bidirib: “Ermənistan tərəfinin saziş üzərində işin yaxın bir ay ərzində başa çatdırılması və imzalanması istiqamətində konstruktiv və intensiv şəkildə çalışmağa hazır olduğunu bildirir”.

Politoloq Elxan Şahinoğlu bunu News365.az-a deyib. 

"Həqiqətənmi rəsmi İrəvan sülh sazişini imzalamağa hazırdır, yoxsa bu bəyanatın sətiraltı mənası var? Bundan iki gün əvvəl xarici işlər naziri Ceyhun Bayramov macar həmkarı ilə Bakıda keçirdiyi birgə mətbuat konfransında sülh sazişinin mətnində açıq alan məsələlərə işarə etmişdi. Rəsmi İrəvan rəsmi Bakının açıq qalan məsələlərini bir ay ərzində razılaşdırmağa hazırdırmı? Əgər hazırdırsa, həqiqətən sülh sazişini yaxın aylarda imzalamaq mümkündür. Yox, əgər İrəvan açıq qalan məsələlərdən yayınmağa çalışacaqsa, onda Ermənistan Xarici İşlər Nazirliyinin bugünkü bəyanatı beynəlxalq aləmdə belə bir görüntü yaratmaqdır ki, guya İrəvan sülh sazişini imzalamağa hazırdır, rəsmi Bakı məsələni ləngidir. Ona görə də vaxt itirmədən Azərbaycan Xarici İşlər Nazirliyinin də məsələylə bağlı bəyanatına ehtiyac var"- deyə bildirib.

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
2
news365.az

5Mənbələr