AZ

“Azərbaycan XİN-in bəyanatına ehtiyac var” – "Ermənistan həqiqətən sülh sazişini imzalamağa hazırdır, yoxsa...”

Ermənistan Xarici İşlər Nazirliyi Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün məqamın yetişdıyini bu şəkildə bidirib: “Ermənistan tərəfi saziş üzərində işin yaxın bir ay ərzində başa çatdırılması və imzalanması istiqamətində konstruktiv və intensiv şəkildə çalışmağa hazır olduğunu bildirir”.

Həqiqətənmi rəsmi İrəvan sülh sazişini imzalamağa hazırdır, yoxsa bu bəyanatın sətiraltı mənası var?

Politoloq Elxan Şahinoğlu xatırladır ki, bundan iki gün əvvəl xarici işlər naziri Ceyhun Bayramov macar həmkarı ilə Bakıda keçirdiyi birgə mətbuat konfransında sülh sazişinin mətnində açıq alan məsələlərə işarə etmişdi. “Rəsmi İrəvan rəsmi Bakının açıq qalan məsələlərini bir ay ərzində razılaşdırmağa hazırdırmı? Əgər hazırdırsa, həqiqətən sülh sazişini yaxın aylarda imzalamaq mümkündür. Yox, əgər İrəvan açıq qalan məsələlərdən yayınmağa çalışacaqsa, onda Ermənistan Xarici İşlər Nazirliyinin bugünkü bəyanatı beynəlxalq aləmdə belə bir görüntü yaratmaqdır ki, guya İrəvan sülh sazişini imzalamağa hazırdır, rəsmi Bakı məsələni ləngidir”, - ekspert vurğulayıb.

E.Şahinoğlu hesab edir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin vaxt itirmədən məsələylə bağlı bəyanatına ehtiyac var.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
2
azpolitika.info

5Mənbələr