AZ

Açıq qalan məsələlər: Sülhə nə mane olur? - İrəvandan yeni iddia

İrəvan Bakının dilə gətirdiyi açıq qalan məsələləri bir ay ərzində razılaşdırmağa hazır olsa, tezliklə sülh müqaviləsi imzalana bilər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistan Xarici İşlər Nazirliyi Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün məqamın yetişdiyini bu şəkildə bəyan edib: “Ermənistan tərəfinin müqavilə üzərində işin yaxın bir ay ərzində başa çatdırılması və imzalanması istiqamətində konstruktiv və intensiv şəkildə çalışmağa hazır olduğunu bildirir”.

Həqiqətənmi rəsmi İrəvan sülh sazişini imzalamağa hazırdır, yoxsa bu bəyanatın sətiraltı mənası var?

İki gün əvvəl xarici işlər naziri Ceyhun Bayramov macar həmkarı ilə Bakıda keçirdiyi birgə mətbuat konfransında sülh sazişinin məntində açıq qalan məsələlərə işarə etmişdi. İrəvan rəsmi Bakının dilə gətirdiyi açıq qalan məsələləri bir ay ərzində razılaşdırmağa hazırdırmı? Əgər hazırdırsa, həqiqətən sülh sazişini yaxın aylarda imzalamaq mümkündür. Yox, İrəvan açıq qalan məsələlərdən yayınmağa çalışacaqsa, onda Ermənistan Xarici İşlər Nazirliyinin bugünkü bəyanatı beynəlxalq aləmdə belə bir görüntü yaratmaqdır ki, guya İrəvan sülh sazişini imzalamağa hazırdır, Bakı məsələni ləngidir. Ona görə də vaxt itirmədən Azərbaycan Xarici İşlər Nazirliyinin də məsələylə bağlı bəyanatına ehtiyac var”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
3
teleqraf.com

5Mənbələr