AZ

“Danışaq?” layihəsinin qonaqları Azərbaycanda kosmetologiyanın problemlərini müzakirə ediblər

Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında abunəçilərinə daha bir videomüsahibə təqdim edib.

“Report” xəbər verir ki, podkastın qonağı kosmetoloq Sevil Quvalova olub.

Söhbətdə tibbi marketoloq Cəmilə Baydəmir də iştirak edib.

Onlar “instaqram üzü” fenomenindən, kosmetoloqa ən çox hansı məsələlərlə bağlı müraciət edildiyindən, prosedurlardan sonra yaranan fəsadlardan, kosmetik prosedurların təsirinin nə qədər davam etdiyindən danışıblar.

S.Quvalova kosmetoloqlar, ölkədə nə qədər kosmetoloqun çalışmasından, psevdokosmetoloqlarla necə mübarizə aparılmasından, yaxşı kosmetoloqla pis kosmetoloqun necə ayrılmasından, həmçinin Azərbaycanda kosmetologiyanın dünya tendensiyalarından nə qədər geri qalması barədə ətraflı danışıb.

Həmsöhbətlər kişilərin kosmetoloqa müraciət edib-etməməsi, xəstələrin dəriyə qulluq sahəsində hansı səhvlərə yol vermələri, “boz bazar” mövzularına toxunublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
12
report.az

10Mənbələr