AZ

Makron Fransanın Rusiya ilə müharibə aparmadığını deyib

Fransa Rusiya ilə müharibə etmir.


Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu respublika prezidenti Emmanuel Makron Yelisey sarayında Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib.
 

"Biz eskalasiyanın qarşısını almaq niyyətindəyik", - Fransa lideri bildirib.



O, bu açıqlamanı Fransanın hazırda ukraynalı pilotların hazırlanmasına başlaması xəbəri fonunda verib.
 

Bundan əvvəl Fransanın Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot Fransa hakimiyyətinin Ukraynaya "Mirage 2000-5" qırıcı təyyarələri göndərmək qərarını şərh edib. Onun fikrincə, bu, dünya müharibəsi riskini artırır. Siyasətçi vurğulayıb ki, Makron Kiyevə hərbi yardım naminə ölkə ordusunu qarət edir. Bununla bağlı siyasi birliyin lideri dövlət başçısını “tamamilə dəli” adlandırıb . Bundan əlavə, Filippo Makronun 4,5 min Ukrayna əsgəri üçün təlim təşkil etmək vədinə diqqət çəkib.
 

İnci

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
6
sfera.az

8Mənbələr