AZ

Fransalı siyasətçi: "Makron Fransa ordusunu qarət edir"

Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya "Mirage 2000-5" qırıcılarını göndərmək qərarı Üçüncü Dünya müharibəsi riskini artırır.
Bu barədə Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot bildirib.
Onun sözlərinə görə, Fransa lideri Kiyevə silah ötürməklə öz ordusunu qarət edir. Siyasətçi Makronu "zır dəli" adlandırıb.
O, həmçinin xatırladıb ki, dövlət başçısı 4500 Ukrayna hərbçisinə təlim keçəcəyini vəd edib. "Bu müharibə gündəmi mümkün qədər tez pozulmalıdır! Bu, bizim müharibəmiz deyil! Sülh!" - Filippo əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Makron "Mirage 2000-5" çoxməqsədli qırıcılarını Ukraynaya göndərmək niyyətində olduğunu açıqlamışdı.
Mənbə: Lenta.ru
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
6
oxu.az

8Mənbələr