AZ

"Crocus City Hall"un yerində nə tikiləcək?

Martda Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus terror törədilən “Crocus City Hall” ticarət mərkəzinin yerində xatirə parkı salına bilər.

Manset.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində çıxışı zamanı deyib. O, bir neçə variantın nəzərdən keçirildiyini də qeyd edib:
“Biz yenidənqurma məsələsini müzakirə edirik. Bu, şəxsi mülkiyyətdir, ona görə də başqasının mülkünə girməmək üçün burada müəyyən incəliyə riayət edilməlidir. Amma eyni zamanda, həm ictimai rəy, həm də bizim mövqeyimiz, təbii ki, orada xatirə parkının salınmasını və təşkilini nəzərdə tutur".
Qeyd edək ki, terror aktı martın 22-də axşam saatlarında baş verib. Bir qrup silahlı şəxs binaya daxil olaraq qarşısına çıxan hər kəsi güllələyib və yanğın törədib. Konsert zalının üzərindəki dam uçub. Hücum nəticəsində 6-sı uşaq olmaqla 145 nəfər həlak olub, 550-dən çox adam yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
7
manset.az

10Mənbələr