AZ

"Crocus City Hall" konsert zalının yerində xatirə parkının salınması planlaşdırılır

"Moskva vilayətində terror aktının həyata keçirildiyi "Crocus City Hall" konsert zalının yerində xatirə parkı salına bilər".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu sözləri Moskva vilayətinin qubernatoru Andrey Vorobyov deyib.

"İctimai rəy və bizim mövqeyimiz təbii ki, orada xatirə parkının salınmasını və təşkilini nəzərdə tutur. Bu müzakirələr davam edir", - deyə o vurğulayıb.

Vorobyov binanın yenidən tikilməsinin mümkünlüyünə də istisna etməyib.

Xatırladaq ki, martın 22-də "Crocus City Hall"da terror aktı baş verib. Faciə zamanı altısı uşaq olmaqla 145 nəfər həlak olub. Baş verənlərlə əlaqədar terroru birbaşa həyata keçirən dörd nəfər də daxil olmaqla 10-dan çox adam həbs edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
91
8
milli.az

10Mənbələr