‘‘Hürriyet’’: Türkiyə mətbuatorqanları məzlum fələstinlilərin səsi oldu
8-ci Anadolu Media Mükafatları mәrasimindә çıxış edәn Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyә media orqanlarının Qәzzada törədilən qәtliamları ilk günündən etibarәn işıqlandıraraq fәlәstinlilәrin sәsi olduğunu deyib.
‘‘Anadolu Agentliyimiz və TRT bölgәdә yaşanan hәqiqәtlәri dünyaya çatdırdı’’,-deyә Rәcәb Tayyib Әrdoğan vurğulayıb.
‘’Star’’: Türkiyə Çinə uyğur türklәri ilә bağlı mesaj verdi
Çində görüşlәr keçirәn Türkiyәnin xarici işlər naziri Hakan Fidan Çinin CCTV telekanalına verdiyi müsahibә zamanı keçirdiyi görüşlәri qiymәtlәndirib. Hakan Fidan deyib: “Xüsusilə uyğur məsələsini bir zənginlik məsələsi kimi hesab etmək və dünya ilə İslam dünyasında başda uyğurların mədəni haqları və həyatları ilə bağlı təsəvvürün dəyişdirilməsi həm Çinin, həm bizim, həm də hamının xeyrinə olacaq. Biz Çinin tək Çin siyasətini dəstəkləyirik, onun ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”.
‘‘Vatan’’: Vanda antiterror əməliyyatı keçirilib
Van vilayətinin Başkale bölgәsindә separatçı terror təşkilatına qarşı ötən gün jandarm qüvvәlәri tərəfindən həyata keçirilən "Bozdoğan-41" əməliyyatı nәticәsindә 3 terrorçu zərərsizləşdirilib.
‘‘Sabah’’: Ömәr Bolat: ‘‘Türkiyə ilə Tunis arasındakı ticarət həcmi 1,6 milyard dolları keçdi’’
Türkiyәnin ticarәt naziri Ömər Bolat dünən keçirilən Türkiyə-Tunis İnvestisiya və İş Forumunda çıxış edib. Nazir Ömәr Bolat deyib: "2023-cü ildə ölkələrimiz arasındakı ticarət həcmi 1,6 milyard dolları keçdi".
‘‘Haber Türk’’: Türksat 6A peyki Floridaya yola salındı
Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyənin ilk yerli və milli rabitə peyki olan Türksat 6A-nın ABŞ-ın Florida əyalətindəki ‘‘Cape Canaveral’’ Hava Qüvvələri Stansiyasına göndərilməsi ilə əlaqədar dünən Ankarada keçirilən mərasimdə iştirak edib. Abdulkadir Uraloğlu Türksat 6A peykinin iyulun ikinci hәftәsindә kosmosa buraxılacağını ifadə edib.