AZ

Türkiyә mәtbuatı: 29 may 2024

‘'Sabah'': Hakan Fidan Rəfahla bağlı bəyanat verdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən verdiyi açıqlamada

 İsrailin Rəfaha təşkil etdiyi hücumla bağlı deyib: "İsrail davamlı olaraq mümkün olan ən sərt, ən qeyri-insani fəaliyyətlərini davam etdirir. İsrailin həyata keçirdiyi bu soyqırımın cəzasız qalmayacağına ürəkdən inanıram''.

''Hürriyet'': Turizm sahəsində rekorda imza atılıb

Türkiyənin İstanbul şəhəri  2024-cü ilin ilk 4 ayında 5 milyon 244 min 936 xarici turisti  qəbul edərək bütün zamanların rekorduna imza atıb. Rusiya Federasiyası aprel ayında 167 824 min nəfərlə İstanbula ən çox ziyarətçi göndərən ölkələr arasında birinci olub.

''Vatan'': Çindəki türk tələbələri böyük uğura imza atdı

Mayın 26-da Çinin Şençjen şəhərində “Huawei” texnoloji şirkəti tərəfindən təşkil olunan İCT Competition 2023-2024-cü il müsabiqəsinin qlobal final mərhələsi baş tutub. 2000-dən çox universitetdən 170 mindən çox tələbənin qatıldığı qlobal yarışmanı türk tələbələri mühüm mükafatlarla başa vurub.

''Star'': Türkiyə ilə Tacikistan arasında əməkdaşlığa dair 4 müqavilə imzalandı

Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır Türkiyə ilə Tacikistan arasında əməkdaşlığa dair 4 müqavilənin imzalandığını deyib. Nazir Kacır deyib: ''Müəyyən etdiyimiz sektorlarda yeni əməkdaşlıqlar üçün razılığa gəldik''.

''Haber Türk'': Laodikiyanı 100 mindən çox turistin ziyarət etməsi gözlənilir

YUNESKO-nun müvəqqəti irs siyasında yer alan Dənizli şəhərindəki Laodikiya Antik Şəhərini bu il 100 mindən çox turistin ziyarət etməsi gözlənilir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
9
trt.net.tr

10Mənbələr