AZ

Türkiyə mətbuatı: 3 iyun 2024

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi

''Hürriyet'': Rəcəb Tayyib Ərdoğan: ‘‘Xalqımızı  öldürməyə cəhd edənlərə qarşı mübarizәmizi davam etdirәcәyik’’

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankaranın Kızılcahamam rayonunda etdiyi çıxışında FETÖ-yә qarşı aparılan mübarizәyә toxunub. Türkiyə Prezidenti deyib: "Xalqımızı öldürmәyә cәhd edәnlәrә qarşı mübarizәmizi qәtiyyәtlә davam etdirәcәyik’’.

‘‘Haber Türk’’: Türkiyә XİN türkiyәli jurnalistә edilәn hücumu qınadı

CNN Türk-ün ABŞ-dakı nümayәndәsi  Yunus Paksoy FETÖ lideri Fətullah Gülənin qaldığı binanın  qarşısında etdiyi yayım zamanı hücuma məruz qalıb. Xarici İşlər Nazirliyi hücumu pisləyib və hücumu edənlərin qanun qarşısında cavab verməsi üçün ABŞ səlahiyyətliləri tərəfindən lazımi tәdbirlәrin görüldüyünü bildirib.

‘‘Sabah’’: İraqın və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyәnin Milli Müdafiə Nazirliyi dünən İraqın şimalındakı Hakurk və Metina bölgələri ilə Suriyanın şimalındakı ‘‘Fәrat qalxanı’’ bölgәsindә  16 PKK terrorçusunun zәrәrsizlәşdirildiyini açıqlayıb.

‘‘Star’’: Türksat 6A peyki iyunun 4-də ABŞ-a göndəriləcək

Türk mühəndisləri tərəfindən istehsal edilən Türksat 6A peyki kosmosa buraxılmaq üçün iyunun 4-də ABŞ-ın Florida ştatındakı ‘‘Cape Canaveral’’ Hava Qüvvələri Stansiyasına göndəriləcək.

'‘Yeni Şafak’’: İraq sərhədindəki Derecikdə iki neft kəşfiyyatı yatağı yaradılıb

İraqla sərhəddə yerləşən Derecik rayonunda “Derecik-1” və “Anadağ-1” adlı iki neft kəşfiyyatı yatağı yaradılıb. Neft yataqlarında tezliklә qazma işlərinin başlayacağı bildirilir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
9
trt.net.tr

10Mənbələr