Cənubi Afrika Respublikasının (CAR) cənub-şərqində daşqınlar nəticəsində azı 12 nəfər ölüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə AFP yerli orqanlara istinadən bildirib.
Məlumata görə, Kvazulu-Natal əyalətində beş nəfər ölüb. Bundan əvvəl Şərqi Keyp əyalətində yeddi nəfərin öldüyü bildirilmişdi.
Qeyd olunub ki, 2 mindən çox insan təxliyə edilib. CAR Prezidenti Siril Ramafosa həlak olanların ailələrinə başsağlığı verib.
Daşqınlara güclü yağışlar səbəb olur.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta