Ukraynanın dövlət büdcəsinə xarici mənbələrdən müharibənin başladığı 2022-ci ilin fevralından indiyə qədər 85 milyard dollardan çox yardım daxil olub.
Bunu Ukraynanın Maliyyə Nazirliyi açıqlayıb.
Məlumata əsasən, 2024-cü il ərzində xaricdən 11,8 milyard dollar yardım göndərilib.
Ukraynaya ən böyük yardımı ABŞ, Avropa İttifaqı, Yaponiya, Kanada və Beynəlxalq Valyuta Fondu (BVF) edib.