AZ

Şimali Avropanın Ukraynaya yardımı 17 milyard avroya çatır

Şimali Avropa ölkələrindən Ukraynaya hərbi, maliyyə və humanitar yardımın həcmi hazırda 17 milyard avroya çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında məlumat verilib

Dərc edilmiş bəyanatda deyilir: "Bu günə qədər Şimali Avropa ölkələri Ukraynaya 17 milyard avrodan çox hərbi, maliyyə və humanitar yardım göstərib". 

Sənəddə qeyd olunur ki, bütün Şimali Avropa ölkələri Ukrayna ilə təhlükəsizlik zəmanəti ilə bağlı ikitərəfli sazişlər bağlayıb. Bildirilir ki, Kiyevin tərəfdaşları Ukraynanın hava hücumundan müdafiə, dəniz və qurudakı hərbi potensialını gücləndirməkdə davam edəcək, silahlı qüvvələrin hazırlığını təşviq edəcək, həmçinin müdafiə sənayesində istehsalın artırılmasına çalışacaqlar.

Mayın 30-da Ukrayna Maliyyə Nazirliyi bildirib ki, 2022-ci ilin fevralından bəri Qərbin Kiyevə yardımının ümumi həcmi 85,4 milyard dollara çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
50
iqtisadiyyat.az

10Mənbələr