AZ

Braziliyada daşqında ölənlərin sayı 169-a yüksəlib

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 169-a, itkin düşənlərin sayının isə 56-a yüksəldiyi açıqlanıb.

525.az xəbər verir ki, ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində 3 həftədir davam edən yağışların səbəb olduğu sellər nəticəsində can və mal itkiləri artır. Dövlət Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada ölənlərin sayının 169, itkin düşənlərin sayının isə 56 olaraq yeniləndiyi bildirilib.

Qeyd edək ki, seldən mənfi təsirlənən 469 qəsəbədə axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.

Məhəmməd Tağıyev























Bizi Facebookda izləyin

Seçilən
56
4
525.az

8Mənbələr