AZ

Zaur Əliyev Göyçayda vətəndaşları qəbul edib » Medical Media


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Göyçay Rayon Mərkəzi Xəstəxanasında Göyçay, Ağdaş və Ucar rayon sakinlərini qəbul edib.

Tədbirdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin Göyçay şəhərindəki abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun da iştirakı ilə keçirilən qəbulda müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Seçilən
178
1
medicalmedia.az

4Mənbələr