İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasında Goranboy rayon və Naftalan şəhər sakinlərini qəbul edib.
Bu barədə Aztibb.az-a Agentlikdən xəbər verilib.
Bildirilib ki, tədbirdən əvvəl qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun da iştirakı ilə keçirilən qəbulda müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.