AZ

Bakıda havada tozun konsentrasiyası artaraq normadan 1,5-1,7 dəfə artıq müəyyən edilib

Hazırda Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyası artaraq normadan 1,5-1,7 dəfə artıq müəyyən edilib.

Bu barədə "Report"a Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

Onun sözlərinə görə, peyk görüntülərinə əsasən havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.

“Tozlu hava şəraitinin sabah gündüz saatlarına qədər davam edəcəyi gözlənilir”, – baş mühəndis vurğulayıb.

Xatırladaq ki, səhər saatlarında havada tozun miqdarı normadan 1,3 dəfə artıq olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
36
turanpress.com

10Mənbələr