AZ

Bakıda tozlu hava nə vaxta kimi davam edəcək? – YENİLƏNİB

Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyasında bir qədər də artım müşahidə edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Saat 19 radələrinədək havada tozun miqdarı normadan 1,5-1,7 dəfə artıq müəyyən edilmişdisə, saat 22 radələrində havada tozun miqdarının normadan 3-3,5 dəfə yüksək olması qeydə alınıb.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, hazırkı saatlarda tozlu hava şəraiti davam etməkdədir.

“Sabah, mayın 27-də sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb küləyinin əsəcəyi və yağış yağacağı proqnozlaşdırıldığından gün ərzində havada tozun miqdarının tədricən norma həddinə düşəcəyi gözlənilir. Qeyd edək ki, bu gün havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar olaraq transsərhəd xarakterlidir”, – o vurğulayıb.

***

Hazırda Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyasının artaraq normadan 1.5-1.7 dəfə çox olduğu müəyyən edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O bildirib ki, peyk görüntülərinə əsasən havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir:
“Tozlu hava şəraitinin sabah gündüz saatlarına qədər davam edəcəyi gözlənilir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
568
36
bakuinform.agency

10Mənbələr