AZ

Bakıda havada tozun konsentrasiyasında artım müşahidə olunub

“Toz meteoroloji şəraitlə əlaqədar olaraq transsərhəd xarakterlidir”
Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyasında bir qədər də artım müşahidə edilib. AYNA xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.
Ötən gün saat 19 radələrinədək havada tozun miqdarı normadan 1.5-1.7 dəfə artıq müəyyən edilmişdisə, saat 22 radələrində havada tozun miqdarının normadan 3-3.5 dəfə yüksək olması qeydə alınıb.
Hazırkı saatlarda tozlu hava şəraiti davam etməkdədir.
"Mmayın 27-də sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb küləyinin əsəcəyi və yağış yağacağı proqnozlaşdırıldığından gün ərzində havada tozun miqdarının tədricən norma həddinə düşəcəyi gözlənilir. Qeyd edək ki, dünən havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar olaraq transsərhəd xarakterlidir”, - deyə qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
36
ayna.az

10Mənbələr