İranda qaz kəmərində partlayış olub – Ölən və yaralananlar var
İranın qərbindəki Abdanan şəhərində qaz kəmərində partlayış baş verib. Yeniavaz.com ISNA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində iki fəhlə həlak olub, daha iki nəfər yaralanıb. "Abdananda qaz partlayışı nəticəsində yaşayış binası dağılıb. İki fəhlə ölüb, ikisi yaralanıb", - məlumatda deyilir. İlkin məlumata görə, partlayış özəl telekommunikasiya şirkətlərindən biri tərəfindən aparılan qazıntı işləri və təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verib.