AZ

İranda qaz kəmərində partlayış olub – Ölən və yaralananlar var


İranın qərbindəki Abdanan şəhərində qaz kəmərində partlayış baş verib.
Yeniavaz.com
ISNA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində iki fəhlə həlak olub, daha iki nəfər yaralanıb.
"Abdananda qaz partlayışı nəticəsində yaşayış binası dağılıb. İki fəhlə ölüb, ikisi yaralanıb", - məlumatda deyilir.
İlkin məlumata görə, partlayış özəl telekommunikasiya şirkətlərindən biri tərəfindən aparılan qazıntı işləri və təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
22
yeniavaz.com

10Mənbələr