AZ

Benzema qərarını verdi

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanındakı həyatından narazıdır.

News24.az qol.az-a istinadla xəbər verir ki, bu barədə Relevo məlumat yayıb. 36 yaşlı futbolçu komandasını dəyişmək qərarına gəlib.

Benzema bu haqda zədəli olduğu vaxt Fransaya gedərkən oradakı dostlarına deyib. Forvard bu yaxınlarda Madriddə də malikanə alıb və Səudiyyə Ərəbistanına qayıtmaq istəmir.

Məlumata görə, "Əl-İttihad" ölkələrinin imicini qorumaq üçün futbolçunun hazırkı müqaviləsi başa çatana qədər Benzema ilə yolları ayrılmağı düşünmür. Sözügedən müqavilədə hücumçu üçün hansısa br Avropa klubu tərəfindən təkrarlanma ehtimalı az olan maliyyə şərtləri nəzərdə tutulub. .

Xatırladaq ki, daha əvvəl mətbuatda fransız futbolçunun “Əl-İttihad”ın baş məşqçisi Marselo Qalardo ilə münaqişəsi olduğu barədə məlumat yayılmışdı.

 Benzema 2023-cü ilin yayında azad agent kimi Səudiyyə Ərəbistanı klubuna keçib. Bu mövsüm o, bütün yarışlarda 29 matçda iştirak edib, 13 qol vurub və 8 qolun ötürməsini verib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
10
news24.az

10Mənbələr