Rusiya Prezidenti Vladimir Putin Yuri Sadovenkonu müdafiə nazirinin müavinini vəzifəsindən azad edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya dövlət başçısı bu gün fərman imzalayıb.
Prezidentin digər fərmanı ilə Hesablama Palatasının auditoru Oleq Savelyev müdafiə nazirinin müavini təyin edilib.