AZ

"Orta və iri sahibkarlıqda qadınlar zəif təmsil olunurlar" - Vüqar Bayramov

"Hazırda fəaliyyət göstərən hər 5 sahibkardan 1-nin qadın olmasına baxmayaraq, böyük sahibkarlar arasında qadın sahibkar yoxdur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, orta sahibkarlıqda qadınların payı 8, kiçik sahibkarlıqda isə 16 faizdir: "Orta və iri sahibkarlıqda qadınlar nisbətən zəif təmsil olunurlar. Orta sahibkarlıqda qadınların sayının artırılmasında fərqli alətlərdən, o cümlədən kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi çox vacibdir".

Anar Kəlbiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
50
unikal.az

10Mənbələr