AZ

Rəisinin helikopter qəzası ilə bağlı Rusiyadan AÇIQLAMA

Moskva İran Prezidenti İbrahim Rəisinin helikopterinin axtarışında və insidentin səbəblərinin araşdırılmasında lazımi yardımı göstərməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova göyərtəsində İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan olan helikopterin qəzaya uğramasını şərh edərkən deyib.

“Biz üçüncü helikopterin sərnişinlərinin taleyi ilə bağlı yayılan məlumatları diqqətlə izləyirik, onların arasında İranın yüksək rütbəli nümayəndələri, o cümlədən prezident Rəisi də var. Ümid edirik ki, onlar sağdır, həyat və sağlamlıqlarına heç bir təhlükə yoxdur”, – deyə Zaxarova bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
262
50
konkret.az

10Mənbələr