AZ

Putin Rəisinin ölümündən sonra İrandan gözləntilərini açıqladı

Rusiya prezidenti Vladimir Putin prezident İbrahim Rəisinin vəfatından sonra İranın xarici siyasətində dəyişiklik gözləmir.

Turkustan.az-ın məlumatına görə, o hesab edir ki, Tehranın Rusiya ilə bağlı siyasəti olduğu kimi davam edəcək:

“İranın xarici siyasətinə gəlincə, bu, Tehranın özünün suveren qərarıdır. İran böyük regional gücdür və dünya işlərində mühüm rol oynayır. Amma mənim fikrimcə, çətin ki, bu faciədən sonra İran rəhbərliyinin xarici siyasətində hər hansı dəyişikliklə qarşılaşacağıq”, – Putin bildirib.

Onun sözlərinə görə, İran dövlətçiliyinin fundamental əsasları kifayət qədər sabit və etibarlıdır.

“Biz bir dövlət olaraq İranla, İran xalqı və rəhbərliyi ilə çox yaxşı əlaqələr qurmuşuq. Şəxsən mən burada mümkün ciddi dəyişikliklər görmürəm. Amma təbii ki, ümid edirəm ki, İran siyasətinin Rusiya istiqamətində və əsas beynəlxalq məsələlər üzrə əməkdaşlığımız istiqamətində davamlılıq qalacaq”, – Putin bildirib. /konkret.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
turkustan.az

10Mənbələr